"Bəyaz gecələr"in həyatımla bağlılığı var"

Səyyad Əlizadə: "Klipi çəkdirməyə nə var ki, problem onu kanalların qəbul etməyindədir"
Qəzetimizin budəfəki şənbə qonağı müğənni Səyyad Əlizadə oldu. Müğənni redaksiyamıza gələrək suallarımızı səmimi şəkildə cavablandırdı, sevgi etiraflarını söylədi.
- Səyyad müəllim, yaradıcılığınızda hansı yeniliklər var?
- Yaradıcılıq işlərimdə yeniliklər çoxdur. Çalışırıq, toylara gedirik, yeni mahnılar hazırlayırıq. "Azərbaycanım" adlı bir mahnı üzərində işləyirik. Vətənpərvərlik ruhunda olan bu mahnını Niyaməddin Musayev, mən, Namiq Məna ifa etmişik. Həmin mahnıya klip çəkdirməyi düşünürük.
- Niyə efirlərə az-az çıxırsınız, mətbuatda görünmürsünüz?
- Ötən gün verilişdə idim. Mən efirə çıxanda yenilklərlə çıxmağı xoşlayıram. Heç nədən niyə çıxmalıyam. Elə ötən gün Fərdanın yeni açılan verilişində qonaq idim.
- Belə az görünməyinizə səbəb nədir? Dəvət olunmursunuz, yoxsa proqramların səviyyəsi sizi qane etmir?
- Yox, müəyyən dəvətlər olur, amma hamısına getmirəm. Çünki şou proqramlarını sevmirəm. Verilişlərin əksəriyyəti də şou proqramlardan ibarətdir. Mən ciddi müğənni oduğum üçün ciddi ruhda olan verilişləri çox sevirəm. Bizim müğənnilərimiz efirdə yersiz hərəkətlərə yol verir. Efir isə ictimaiyyət üçün nəzərdə tutulub. Eyni zamanda, onlar efirə xas olmayan hərəkətlərə yol verirlər. Bunlar da mənlik deyil.
- Eşitdik ki, Sankt-Peterburqda konsert verəcəksiniz. Bu təklif sizə hardan gəldi?
- Konsert Sankt-Peterburqda fəaliyyət göstərən Azərbaycana məxsus bir təşkilatın təşəbbüsü ilə həyata keçirilir. Onlar mənə Sankt-Peterburqda ən tanınmış və böyük saray olan "Oktyabrski"də konset proqramı ilə çıxış etməyimi istədilər. Mən də məmnuniyyətlə qəbul etdim. Konsertin vaxtı oktyabrın əvvəllərinə təyin edilsə də, mən bunun vaxtını dəyişərək dekabra kimi təxirə saldım. Orada bizim çox sayda həmvətənlərimiz yaşadığından indidən hazırlaşıram ki, dekabrda onların qarşısında böyük konsert proqramı ilə çıxış edim. Ümumiyyətlə belə təkliflər mənə tez-tez gəlir. İrandan, Türkiyədən təkliflər olur.
- Sankt-Peterburqdakı konsertiniz digər həmkarlarınız kimi xarici ölkələrdə yeni çıxışlarınıza yol aça bilərmi?
- Biz artıq 90-cı illərdən bir çox şəhərlərdə, məsələn, Türkiyənin Ankara, Trabzon, İzmir və başqa şəhərlərində konsert proqramı ilə çıxış etmişik. O vaxtlar bizim çoxsaylı kütlə qarşısında olan çıxışlırımız hətta lentə alınıb. Sadəcə olaraq, müəyyən səbəblərdən onu televiziya ekranlarında yayımlamağa qoymadılar.
- Sizcə buna səbəb nə olub? Konsertin görüntülərinin yayımlanmaması siyasi xarakter daşıyırdı, yoxsa bu, düşmənləriniz tərəfindən atılan addım idi?
- Mənim düşmənim yoxdur. Düşmənim yalnız ermənidir. Bunlar isə məni gözü götürməyənlər ola bilər. Bu addımı onların mənə paxıllıq hissi kimi başa düşürəm. Çünki o qədər auditoriya qarşısında möhtəşəm bir konsert proqramı ilə çıxış etmək və Azərbaycan musiqilərini əcnəbi auditoriyaya çıtdırmaq o vaxtlar üçün hər bir sənətçinin işi deyildi. Belə bir konsertin videolentini ictimaiyyətə çatdırmamaq sizcə nə deməkdir? Təbii ki, mən bunu paxıllıq kimi başa düşürəm.
- Səyyad müəllim, bizim müğənnilər Türkiyə və ya başqa xarici ölkələrdə dəfələrlə böyük kütlə qarşısında çıxış etdiklərini söyləsələr də, qonşu Türkiyədən olan sənətçilər belə hələ onları tanımır.
- Lap yaxşı tanıyırlar. Sadəcə olaraq özlərini o yerə qoymurlar. Onlar özləri haqqında çox yüksək fikirdədirlər. Biz isə özümüzü qiymətləndirməyi bacarmırıq. Azərbaycan musiqiləri zənginlik baxımından onlardan dəfələrlə yüksəkdəyik. Sadəcə olaraq nədənsə onlar özlərinə bizlə müqayisədə daha çox qiymət verirlər. Yeri gələndə özümüz öz musiqilərimizi bəyənmirik. Bizim bəlamız elə bundadır. Bunun hamısının günahı bizdədir. Türklər bizim musiqilərimizə tez-tez müraciət edirlər və anonim şəkildə auditoriyaya təqdim edirlər. Şəfiqə Məmmədovanın musiqilərini oxuyub özünü isə tanımırlar.
- Bayaq söylədiniz ki, sizə xarici ölkələrdə konsert vermək üçün təkliflər olunur, amma buna etiraz edirsiniz. Bu, nədən irəli gəlir?
- İstəyirəm ki, biz başqa dövlətin sənətçilərini necə ki, bəh-bəhlə buraya gətiririk, onlar da bizi elə aparsın. Bir dəvətlə əldən-ayaqdan getməyək. Özümüzü bir az yüksək tutaq. Bizim sənətçilər bir dəfə Türkiyənin şou-proqramına düşmək üçün bilmirlər ki, nə etsinlər. Amma başa düşə bilmirlər ki, bunlar boş şeydir. Necə olsa, Azərbaycanın musiqilərinə heç nə çata bilməz.
- Əvvəllər Mənzurə Musayeva ilə duet oxuyurdunuz. Sonra bu duetin arası kəsildi.
- Mən hər müğənni ilə bir duet hazırlayıram. Məsələn, 1995-ci ildə mənim ilk duet ortağım Mətanət İskəndərli oldu. Biz Şəfiqə Axundovanın "İntizar" mahnısını ifa etdik. Həmin mahnı çox sevildi. Şəfiqə xanım da mahnının duet şəklində ifa edilməsinə müsbət münasibət bildirdi. 2000-ci ildə Mənzurə Musayeva ilə hazırladım. Sonuncu duetim isə gənc müğənni Türkanə ilə oldu. Mənə ümumiyyətlə, deyirlər ki, əlin çox yüngüldür. Deməli, əlim duet ortaqlarına düşdü və onlar tezliklə populyarlaşdılar. İndi isə yeni bir duet mahnı hazırlayıram. Mahnını mənimlə duet şəklidə oxumaq üçün müraciət edənlər çoxdur. Amma hələ ki, seçim edirəm.
- Klip çəkdirməklə aranız necədir? Çoxdandır ki, klip çəkdirmirsiniz.
- Azərbaycanda klip çəkdirənlərdən də birincisi mən olmuşam. Bir il ərzində çalışıram ki, tamaşıçılara heç olmasa bir klip təqdim edim. Mənim sonuncu klipim gənc müğənni Türkanə ilə birlikdə "Qaranquşlar gələndə" mahnısına çəkdirdiyim klip olub. Klipi çəkdirməyə nə var ki, problem onu kanalların qəbul etməyindədir.
- Kliplərinizin səviyyəsi onları qane etmir, yoxsa, "raskrutkaya" çox pul tələb edirlər?
- Pul çox tələb edirlər. Düzdür, müəyyən güzəştlər də olunur. Amma baxırsan ki, səndən sənətdə kiçik olan müğənninin klipi pulsuz-parasız yayımlanır, amma sənin klipinə müəyyən məbləğdə pul tələb olunur.
- Bəzi sənət adamları toyla sənətin eyni, bəziləri isə fərqli olduğunu deyirlər. Sizcə bunların fərqi nədədir?
- Hər kəs bilməlidir ki, bizim ən məşhur və ən görkəmli sənətkarlarımız toydan çıxıblar. Toy aparmaq konsert verməkdən daha çətindir. Çünki konsert proqramlaşdırılır, toyda isə əksinə sifariş olunan mahnıların hamısını ifa etməlisən. Bir dəfə mən toyda idim. Yarım saatlıq orada çıxışım vardı. Gördüm ki, toyu aparan yeni ulduzun ifaçılarındandır. Toy çox sönük keçirdi. Mən isə yarım saatlıq ifa ilə toya şənlik gətirdim. Toy sahibləri isə məndən toyu sona kimi aparmağımı istəsələr də, buna etirazımı bildirdim.
- Səyyad müəllim, siz toylara gedərkən toy sahiblərinə maliyyə baxımdan güzəşt edirsiniz?
- Əlbəttə. Elə toylar olub ki, gedib yarı qiymətə ifa etmişəm. Elələri də olub ki, ümumiyyətlə, pul almamışam. Çünki əl tutmaq lazımdır. Mən də belə xeyriyyəçilik işlərini davam etdirirəm. Bəlkə o insanın arzusudur ki, onun toyunu mən aparım. Ona görə də etiraz edə bilmərəm.
- Bəzən söyləyirlər ki, sənət adamı ilə ailə birgə alınmır, ya sənət, ya da ailə olmalıdır. Bu firkirlə razısınız?
- Bizim ailəsi olan sənət adamlarımız kifayət qədərdir. Amma bəzi neqativ hallara yol verilməsinin səbəbi isə həmin insanların özündədir. Şəxsən mən ailəmdə belə bir söhbətlərin yaranmasına şərait yaratmıram. Çünki ailəm mənim xasiyyətimə bələddir. (Bu an telefonuna zəng gəlir. Bunun 30 yaşlı bir xanım pərəstişkarı olduğunu söyləyir.)
- Bundan xanımınızın xəbəri var?
- Əlbəttə, hər şeyi bilir. İnanırsınız ki, hər gün səhər-səhər mənə zəng edib hal-əhvalımı soruşur. Söyləyir ki, gəl görüşək. Amma mən etika xatirinə onu yola verməyə çalışıram. Bundan başqa da zəng edən pərəstişkarlarım çoxdur. Telefonumda o qədər sevgi mesajı var ki. Nə edim, etika xatirinə yola verməyə çalışıram.
- Siz populyar müğənnisiniz, qadın pərəstişkarlarınızın olması təbii haldır. Xanımınız buna necə münasibət göstərir?
- Əlbəttə ki, o məni başa düşür. Eyni zamanda, mən elə bir hərəkətə yol verməmişəm ki, mənə inanmaya.
- Səyyad müəllim, mən bayaq sizinlə müsahibə üçün əlaqə saxlayarkən qeyd etdiniz ki, DYP-dəsiniz. Yol hərəkəti qaydalarını tez-tez pozursunuz?
- Çox da olmasa, hərdən belə hallar baş verir. Sağ olsunlar, məni tanıdıqları üçün hörmət edirlər.
- "Bəyaz gecələr" ansamblı necə yaranıb?
- 1997-ci ildən biz bir yerdə fəaliyyət göstəririk. Bunun yaranma səbəbinin mənim şəxsi həyatımla bağlılığı var. Mən gənclik illərində sevdiyim qızla gecə vaxtı görüşürdüm. O dövrlərdən həmin vaxtı özlüyümdə "bəyaz gecələr" adlandırırdım. Sonra mən həmin xanımla ailə qurdum, hansı ki, o mənim həyat yoldaşımdır. Amma illər ötdükcə bunu mahnıya çevirdim və sözlərdəki bütün misralar mənim həyatımın bir parçasını əhatə edir. Sonra ilk buraxdırdığım kasetin də adını "Bəyaz gecələr" adlandırdım.
- Ondan əvvəl sevdiyiniz olmayıb?
- Mən o vaxtlar sevgi barədə düşünmürdüm. Bir qədər başqa fikirlər barədə düşünürdüm. Mənim kimisə sevməməyimə baxmayaraq, amma məni bir qız sevirdi. O Tibb Universitetində oxuyurdu. Qız hər gün məktəbə getmək əvəzinə mənim arxamca təhsil aldığım Texniki Universitetə gəlirdi. Uşaqlar həmişə mənə gülürdülər ki, görmüşük ki, oğlanlar qızların dalınca gedər, səndə isə əksinədir. O qız özündə cəsarət tapıb qəlbindən gələn sözləri desə də, mən ona reaksiya vermədim. Çünki ona qarşı sevgim yox idi.
- Bəs sonu necə oldu?
- Taleyi ilə maraqlanmışam. O artıq ailə qurub və övladları var.

Simnarə HƏMİDQIZI
Mədəniyyət
Admin
Sentyabr 30, 2007 21:51
Baxış sayı: 78
Şərhlər(0)