Reklam verin!

Blog Haqqında

Admin

Axtarış

Arxivlər

Keçidlər

Sorğu

Blogdan razısınızmı ?

Açar sözlər

idman 

Sayqaç

  • İndi blogda: 1
  • Keçən ayın hiti: 365
  • Dünənki hit: 12
  • Bugünki hit: 1
  • Ümumi hit: 5820

AddThis Feed Button
Add to Technorati Favorites

Müxtəlif

Ermənistan havadarlarının köməyi ilə silahlanmanı davam etdirir

as

Bakıda səfərdə olan NATO baş katibinin Cənubi Qafqaz və Orta Asiya üzrə xüsusi nümayəndəsi Robert Simmons dünən Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyevlə görüşüb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, əvvəlcə R.Simmons NATO-nun Cənubi Qafqaz üzrə əlaqələndirici zabiti Zbiqnev Ribatskini Səfər Əbiyevə təqdim edib. NATO-Azərbaycan əməkdaşlığının prioritetlərinə toxunan Səfər Əbiyev bildirib ki, bu istiqamətdə indiyədək böyük irəliləyişlər əldə olunub: "Fərdi Tərəfdaşlığın Fəaliyyət Planının (İPAP) birinci mərhələsinin uğurla yerinə yetirilməsini buna konkret misaldır. Planın ikinci mərhələsi NATO ilə daha geniş əməkdaşlığı nəzərdə tutur və Azərbaycan İPAP-ın növbəti mərhələsini də müvəffəqiyyətlə həyata keçirmək əzmindədir". Hərbi Doktrinanın hazırlanması ilə bağlı məsələyə münasibətini bildirən müdafiə naziri qeyd edib ki, Milli Təhlükəsizlik Konsepsiyasının təsdiqindən sonra bu istiqamətdə intensiv işlər aparılıb. Sənəd artıq tam hazırdır və qəbul olunması üçün müvafiq orqana təqdim edilib. Sənəddə NATO ilə əlaqələrin perspektivləri daha geniş spektri əhatə edir.

   Azərbaycan Silahlı Qüvvələrində həyata keçirilən islahatlarla bağlı qonağa məlumat verən Səfər Əbiyev hərbi təhsil sisteminin, ştat strukturlarının, təlim və treninqlərin bütövlükdə NATO standartlarına uyğunlaşdırılması, müasir tələblərə cavab verən simulasiya mərkəzi və poliqonların yaradılması barədə fikirlərini söyləyib. Görüşdə Cənubi Qafqaz regionunda mövcud hərbi-siyasi vəziyyət barədə fikir mübadiləsi aparılıb. General-polkovnik Səfər Əbiyev bildirib ki, Ermənistan regionda işğalçılıq siyasəti yürüdür, öz havadarlarının köməyi ilə silahlanmağı davam etdirir və Azərbaycanın işğal olunmuş ərazilərində qeydiyyatı aparılmayan külli miqdarda hərbi texnika və silah-sursat yerləşdirir. Bu isə regionda vəziyyəti daha da təhlükəli hala gətirir. Nazir, həmçinin ölkədə Müdafiə Sənayesi Nazirliyinin yaradılması, bu istiqamətdə aparılan işlərdən də söhbət açaraq deyib ki, Azərbaycan hökuməti prosesə xüsusi diqqət ayırır: "Mən ümid edirəm ki, gələn il biz bunun bəhrəsini görəcəyik".

   Robert Simmons İPAP-ın birinci mərhələsinin uğurla başa çatdığını, Azərbaycanın NATO ilə əməkdaşlıq çərçivəsində üzərinə götürdüyü öhdəlikləri tam şəkildə yerinə yetirdiyini vurğulayıb. O, NATO-Azərbaycan əlaqələrinin yüksələn xətlə inkişaf etdiyini bildirib və İPAP-ın ikinci mərhələsinin də uğurla başa çatacağına inamını ifadə edib.


Bookmark and Share


Daxili Xəbər
Admin
Sentyabr 30, 2007 21:46
Baxış sayı: 73

Şərhlər(0)


Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha

© Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog